İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan məsələsinə görə Seul ilə Pekin arasında diplomatik gərginlik yaranıb

Rəsmi Pekinin Cənubi Koreya Prezidenti Yun Sok Yolun Tayvan məsələsi ilə bağlı fikirlərini “kobud” tənqid etdiyinə görə Çinin Seuldakı səfiri Sin Haymin Xarici İşlər Nazirliyinə çağırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya xarici işlər nazirinin müavini Çanq Hocin Çin səfirinə Seulun Pekinin bu addımını “ciddi diplomatik nəzakətsizlik” kimi qiymətləndirdiyini deyib. Nazir müavini, həmçinin sözügedən hadisənin iki ölkə arasında münasibətlərin inkişafına xələl gətirəcək lazımsız məqamlara səbəb olmaması üçün Çini səy göstərməyə çağırıb.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol “Röyters” agentliyinə müsahibəsində Çinin Tayvan məsələsi ilə bağlı status-kvonu güc yolu ilə dəyişmək cəhdlərinin gərginliyi yüksəltdiyini, beynəlxalq ictimaiyyətlə həmrəylik nümayiş etdirərək bu cür dəyişikliyə qarşı olduğunu deyib. Prezident Yun Sok Yol Tayvan məsələsinin Şimali Koreya kimi qlobal mövzu olduğunu bildirib.

Rəsmi Pekin Cənubi Koreya Prezidentinin həmin fikrinə etiraz edərək, Tayvan və Şimali Koreya məsələlərinin tam fərqli olduğunu, Tayvanın iki Koreyadan fərqli olaraq suveren ölkə olmadığını bəyan edib. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin Seulu “Vahid Çin” siyasətinə sadiq qalmağa çağırıb, Tayvan məsələsinin Çinin daxili işi olduğunu deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR