Onlayn ictimai-siyasi qəzet
"Ermənistanın hazırkı iqtidarı ölkədə Azərbaycanın beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi imkanlarının minimuma enməsi üçün hər şeyi edir".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu erməni azərbaycanşünas alim Tatevik Ayrapetyan bildirib.
“Mənim ciddi narahatlığım var ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirəcək və beynəlxalq məhkəmədə Bakıya qarşı iddialarını geri götürəcək”, deyə o, yerli “168 Zham” kanalına bildirib.
Onun sözlərinə görə, iddiaların geri götürülməsi Ermənistan üçün dönməz nəticələrə gətirib çıxaracaq, çünki belə olan halda Ermənistan sonradan mövcud materiallardan istifadə etmək imkanından məhrum qalacaq.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ