İnsanlara hürriyət, millətlərə istiqlal!

Tatarıstan Dövlət Şurasının başqanı Qənirə Paşayevanı təltif edib - FOTO

Tatarıstan Dövlət Şurasının başqanı Qənirə Paşayevanı təltif edib.

Musavat.com xəbər verir ki, Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmədşin Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanı təltif edib.

Tatarıstan Respublikası Dövlət Şurası başqanının “Təşəkkürnaməsi”ni və Dövlət Şurasının nişanını Şuranın üzvü, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydulla Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyində keçirilən tədbirdə Q.Paşayevaya təqdim edib.

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya həmçinin Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəsi Murad Qadılşin tərəfindən “Təşəkkürnamə” təqdim edilib.

Qeyd edək ki, Q.Paşayeva tatar ədiblərinin azərbaycanca gün üzü görən müxtəlif kitablarının məsləhətçisi və müvafiq səfərlərin, təqdimat mərasimlərinin dəstəkçisi olub.

34a25a19-da6b-4c95-a647-cb7c7be1088a.jpg (112 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR