Onlayn ictimai-siyasi qəzet
Ermənilərin azərbaycanlılara qarşı 1918-ci il soyqırımı əvvəlki illərdən fərqli olaraq daha geniş miqyasda törədilib.
Musavat.com “Report”a istinadən xəbər verir ki, erməni daşnakları Naxçıvanın təkcə Gilançay və Əlincəçay vadilərində 62 kəndi viran qoyub, əhalini amansızlıqla qətlə yetiriblər.
Culfa rayonunun Yaycı kəndində isə misli görünməmiş vəhşiliklər törədilib. Həmin qanlı faciələri gözü ilə görən şahidlər artıq dünyalarını dəyişib. Lakin hadisələri nəql etdikləri doğmaları Yaycı soyqırımından ürək yanğısı ilə danışırlar.
Yaycı sakini Hüseyn Süleymanov atasının dedikllərini belə xatırlayır: “Atam deyərdi ki, ermənilər evlərə girərək, qadınlara, qocalara, uşaqlara rəhm etmirdilər. Canını qurtarmaq istəyən qadınları, hamilə qadınları xəncərlə vurub bətnindəki uşağı öldürürdülər”.
"Onun bütün ailəsini ermənilər öldürdülər. Yaycı kəndində ermənilər tərəfindən ürəyinə xəncər batırılmayan adam qalmadı. Bu, bizim heç vaxt yadımızdan çıxmaz, biz o xatirələri unutmarıq. Bu Yaycı kəndinin yaxınlığında Aza kəndi var. Atam deyərdi ki, oradakı adamların kürəyinə samovar, özünü isə ağaca bağladılar, içinə odun töküb, tədricən onları yandıraraq öldürdülər".
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ