İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixin ironiyası: almanlar yəhudi silahı ilə müdafiə olunacaq

Almaniya İsraildən “Arrow” hipersəs raket kompleksinin alınmasına dair müqavilə imzalayıb.

Musavat.com-un AFR-ə istinadən məlumatına görə, bu sistemlər Avropanın hava hücumundan müdafiəsinin əsas hissəsinə çevriləcək.

Almaniyanın müdafiə naziri Boris Pistorius israilli həmkarı Yoav Qalant ilə birgə keçirdiyi mətbuat konfransında sazişin imzalanmasının hər iki ölkə üçün “tarixi gün” olduğunu bildirib. Təxminən 3,5 milyard dollar dəyərində olan müqavilə İsrail hərbi sənayesi tarixində ən böyük sövdələşmədir.

Pistorius bildirib ki, Rusiyanın Ukraynaya gündəlik hücumlarından hava hücumundan müdafiənin nə qədər vacib olduğunu görürlər. İsrailin müdafiə naziri isə qeyd edib ki, müqavilənin imzalanması hər bir yəhudi üçün təsirli hadisədir: “İkinci Dünya müharibəsinin bitməsindən cəmi 80 il keçib, lakin bu gün İsrail və Almaniya daha təhlükəsiz gələcək qurmaq üçün qüvvələrini birləşdirir”.

Yer atmosferinin üstündən raketləri vurmaq üçün nəzərdə tutulmuş “Arrow 3” uzaqmənzilli sistemi Avropa İttifaqı dövlətləri üçün qoruyucu örtük təmin edəcək qədər güclüdür. Sistem İsrail və ABŞ tərəfindən hazırlanıb, istehsal edilib və satış Vaşinqton tərəfindən təsdiqlənməli idi.

Sistem ilk dəfə 2017-ci ildə İsrail Hərbi Hava Qüvvələri bazasında yerləşdirilib və İsraili İran və Suriyanın hücumlarından qorumaq üçün istifadə edilib. İstehsalçı “Israel Aerospace Industries”ə görə, “Arrow 3” yaranan təhlükələrdən asılı olaraq yerləşdirilə bilən “mobil sistemdir”.

İndiyədək ondan çox Avropa ölkəsi Almaniyanın ümumi hava hücumundan müdafiə layihəsi olan Avropa Göy Qalxanı Təşəbbüsünə (Sky Shield) qoşulub.

“Sky Shield” layihəsi Almaniyanın İris-T sistemi, Amerika Patriot sistemi və “Arrow 3” daxil olmaqla qısa, orta və uzun mənzilli sistemlərin birgə satınalınmasını əhatə edəcək. Almaniyanın bəzi qonşuları, o cümlədən Fransa və Polşa indiyə qədər paktı imzalamaqdan imtina ediblər. Paris rəsmiləri Avropa avadanlığından istifadə edərək hava hücumundan müdafiə sisteminin yaradılmasını müdafiə edir.

“Arrow 3” sisteminin Almaniyaya 2025-ci ilin son rübündə təhvil verilməsi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR