Onlayn ictimai-siyasi qəzet
“Qalatasaray”ın əfsanəvi futbolçularından olan Sabri Sarıoğlu qalmaqallı hadisələrlə gündəmdədir.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddialara görə, Sabri Sarıoğlu idman zalında tanış olduğu gənc bir qadınla sevgi yaşayıb.
Ən diqqətçəkən iddialardan biri də odur ki, həmin qadın Sarıoğlunun baş məşqçisi olduğu komandanın bəzi oyunlarında da iştirak edib. Onların müxtəlif hotellərdə gizli şəkildə görüşdüyü bildirilir.
Bu münasibət cütlüyün bir hoteldə qaldığı zaman həmin məkanın işçisinin Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğluya məlumat verməsi ilə üzə çıxıb. Bu vəziyyət Sarıoğlu cütlüyünün evliliyində böhran yaradıb. Əsl böhran isə gənc qadının hamilə olduğunu bildirməsi ilə baş verib.
İddialara görə, gənc qadın körpəni dünyaya gətirmək istədiyini deyib. Lakin Sabri Sarıoğlu bu hamiləliyin həm şəxsi həyatına, həm də karyerasına mənfi təsir edəcəyini düşünərək abort olunmasını tələb edib. Qadının bu təklifi rədd etməsindən sonra Sarıoğlunun qardaşı Can Sarıoğlu və gəlinləri məsələyə müdaxilə edib. İddialara əsasən, qadın ortaq tanışları vasitəsilə xüsusi bir xəstəxanada məcburi aborta yönləndirilib. Bütün bu proses polisə verilən ifadələrlə və fotoşəkilli protokollarla sənədləşdirilib.
Sabri Sarıoğlu və ailəsi isə fərqli iddia ilə çıxış edirlər. Onlar gənc qadının şantaj və təhdid yolu ilə pul tələb etdiyini bildirərək hüquq-mühafizə orqanlarına şikayət ediblər. Tərəflər bir-birindən rəsmi şəkildə şikayətçidir.
Sabri Sarıoğlu öz ifadəsində yaşadığı münasibəti inkar etməyib, lakin məcburi abort iddialarını rədd edib. İfadəsində belə deyib:
“Qarşılıqlı bir münasibətimiz oldu. Mənə hamilə olduğunu dedi. Mən isə uşağın məndən olub-olmadığını belə sorğulamadan bu qərarın tamamilə onun öz iradəsi ilə verilməsini istədim. Hamiləliyi sonlandırmaq istədiyini deyəndə bu vaxta qədərki münasibətimizə görə ona kömək etdim. Bu müddət ərzində şantaja, təzyiqə, təhqirə məruz qalan tərəf mən olmuşam”.
Musavat.com
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ