İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Fransa liderlərinin söhbəti barədə yeni açıqlama- Peskov danışdı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə Fransanın Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığı kifayət qədər məzmunlu olub və müxtəlif intonasiya ilə zənginləşib.

Musavat.com xəbər verir ki, Peskov əlavə edib ki, bu danışığın detalları hələ ki, ictimaiyyətə açıqlanmayıb.

Peskovun sözlərinə görə, fransız tərəfdən belə məlumatların sızdırılması ilə bağlı əvvəlki təəssüf doğuran hallar olmuşdu, lakin bu dəfə söhbətin məzmunu gizli saxlanılıb.

 Beynəlxalq ictimaiyyət danışıqların nəticələrini diqqətlə izləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR