Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan ordusu Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarını (PUA) alacaq və eyni zamanda onların ölkədə istehsalına başlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Orda.kz" nəşri məlumat yayıb.
Məsələ İstanbulda keçirilən "Saha Expo-2024" sərgisi zamanı Qazaxıstanın müdafiə naziri, general-polkovnik Ruslan Jaksılikov ilə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar arasında keçirilən danışıqlar zamanı müzakirə olunub.
Danışıqların nəticəsində tərəflər Qazaxıstan ərazisində PUA və döyüş sursatlarının istehsalını lokallaşdırmaq üçün yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər.
Sərgi çərçivəsində Qazaxıstan nümayəndə heyətinə “Bayraktar Akıncı”, “Bayraktar TB3”, “Bayraktar TB2” və “Bayraktar KALKAN” PUA-ları təqdim edilib.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ