Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqları başlayıb.
Musavat.com xəbər verir ki, Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov təmsil edir.
ABŞ tərəfini isə dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edir.
Danışıqlar Səudiyyə Ərəbistanının krallıq ailəsinə aid saraylardan biri olan Diriyah sarayında, Al-Basatin kompleksində keçirilir.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ