İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarix yazmaq istədilər - Ümidləri 28 dəqiqədə puç oldu

İngiltərədəki tarixi missiyanın taleyi müəyyənləşib. Böyük Britaniya torpağından orbitə peyk göndərmək üçün edilən ilk cəhd uğursuz olub.

Musavat.com xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Kornuolda keçirilən sınaq peykləri daşıyan raketi müəyyən yüksəkliyə qaldırmaq üçün Virgin Orbit şirkətinin Boeing 747 təyyarəsi tərəfindən planlaşdırılıb.

Kosmosun tədqiqində buna "üfüqi buraxılış" deyilir. Əvvəlcə raketin Atlantik okeanı üzərindən təyyarəni tərk edərək orbitə uğurla çıxdığı açıqlanıb. Lakin 28 dəqiqə sonra şirkət raketdə problem olduğunu bildirib. Açıqlamada raketin peykləri tərk edə bilməyəcəyi qeyd olunub.

63bd001b4e3fe0174859cc07.jpg (44 KB)

9 peykin itdiyi güman edilir. Böyük Britaniya Kosmik Agentliyinin səlahiyyətli şəxsi Matt Arçer problemin raketin yuxarı hissəsində olduğunu söyləyib. O, ikinci mərhələdə işə salınması nəzərdə tutulan mühərrikdə texniki problem olduğunu və raketin orbitə çıxa bilmədiyini bildirib.

BBC-yə danışan Arçer uğursuz buraxılışın araşdırılacağını bildirib.

Virgin Orbit 2020-ci ildə buraxılış xidmətləri göstərmək üçün yaradılıb. İlk uğursuz cəhddən sonra dörd uğurlu uçuş həyata keçirilib.

Virgin Orbit meneceri Melissa Torp uğursuz hadisədən kədərləndiyini bildirib: "Bunun üçün çox çalışdıq. Çox təəssüflənirik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR