İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tarix dərsliklərində çoxlu yanlışlıqlar var"- Əli Hüseynli  

"Tarix dərsliklərində çoxlu yanlışlıqlar var".

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, Milli Məclis sədrinin 1-ci müavini, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev zəkasının işığında” mövzusunda keçirilən görüşdə deyib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra "Zəfər tarixi" dərsliyi məktəblərdə tədris edilir: "Həmin dövrdə Prezident İlham Əliyev Azərbaycan tarixi ilə bağlı yeni tezislər söylədi. Kitabı monitorinq etməmişəm ki, həmin tezislər yeni kitaba salınıb, ya yox. Sizin oxuduğunuz tarix kitablarında hadisələr müxtəlif cür verilib. Yanlışlıqlar var. Xüsusilə müstəqilliyimizin bərpası dövrü ilə bağlı. Sizin oxuduğunuz kitabları yazan tarixçilər özləri o zaman riyakar olublar. O müəlliflərin 1988-1989-cu ildə "Kommunist qəzeti"ndə Heydər Əliyevlə bağlı yazıları var. Amma Heydər Əliyev həqiqətən böyük tarixi şəxsiyyət idi".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR