İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış QHT sədri Oktay Kaynarca ilə bir arada - FOTOLAR

Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız Əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli tanınmış aktyor Oktay Kaynarca ilə görüşüb.

“Mən bu cahana sığmazam” filminin çəkiliş meydançasında olan Emin Həsənli ötən il serialın bölümlərindən birində Azərbaycan xəritəsi ilə bağlı yaranmış texniki problemlərə operativ reaksiyasına görə aktyora təşəkkür edib.

Oktay Kaynarca isə instaqram səhifəsinin İstanbuldan sonra ən çox Bakıda izləndiyindən məmnun olduğunu, baş rol aldığı filmin Azərbaycanda da maraqla qarşılandığından xəbərdar olduğunu bildirib.

Sonda Oktay Kaynarca Emin Həsənliyə təsbeh hədiyyə edib. (Herbiand.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR