İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist evdə ölü tapıldı

Türkiyədə "Antakya Qəzeti"nin sahibi Sinan Seyfittinoğlu Antalyada dostu ilə birlikdə qaldığı evdə ölü tapılıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Seyfittinoğlu dünən gecə ev yoldaşı Önder K. və digər dostları ilə birlikdə spirtli içki içdikdən bir müddət sonra yatmaq üçün otağına gedib.

Səhər saatlarında dostunu oyatmaq üçün otağına daxil olan Önder K. bütün cəhdlərinə baxmayaraq, Seyfittinoğlunu oyada bilmədikdə təcili yardım çağırıb.

Tibbi heyət Sinan Seyfittinoğlunun həyatını itirdiyini müəyyən edib. Ölümün şübhəli qəbul edilməsi səbəbi ilə ünvana polis araşdırma qrupu da gəlib.

Sinan Seyfittinoğlunun bədənində heç bir silah, kəsici və ya dəlici alət yarası, döyülmə izi tapılmayıb.

Seyfittinoğlunun bipolyar xəstəliyi olduğu, daimi dərman qəbul etdiyi və bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR