İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış jurnalist ağır cəzaya məhkum edilir

Rusiya məhkəməsində prokuror məşhur jurnalist Aleksandr Nevzorova qiyabi 9 il həbs cəzası istəyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya dövləti onu ordu haqqında feyk informasiya yaymaqda suçlayır.

Prokurorluq həmçinin Nevzorovu Rusiyadan kənarda olarkən sosial şəbəkələrdə Mariupol və Buçada rus hərbçilərinin cinayətləri haqqında bilərəkdən yalan məlumatlar daşıyan mətnlər və videolar yaymaqda ittiham edir. İttiham tərəfi həmçinin jurnalistin 4 il müddətinə internetdə fəaliyyət göstərmək hüququndan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Nevzorov hələ ötən il aprel ayının sonunda axtarışa verilib, mayın əvvəlində isə onun haqqında qiyabi tutulma qərarı çıxarılıb. Baş Prokurorluq məhkəmənin jurnalistin iştirakı olmadan da keçiriləcəyini xəbər edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR