İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış iş adamı nəvələri ilə birgə təyyarə qəzasında öldü - FOTO

Braziliyanın mərkəzi Matu-Qrosu ştatında kiçik ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində tanınmış iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə yerli "G1" portalı ştatın hərbi polisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, "King Air" təyyarəsi Apiakas bələdiyyəsinin kənd ərazisinə düşüb. Təyyarə qəzasının qurbanları 70 yaşlı iş adamı Arni Spirinq, onun iki nəvəsi, Spirinqin həmkarı və pilot olub.

Ştat polisinin məlumatına görə, təyyarə havada partlayıb, daha sonra fermanın yaxınlığında yerə çırpılıb. Hadisənin səbəbləri araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR