İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış aparıcı illər sonra Azərbaycan efirinə qayıtdı – VİDEO

Tanınmış xəbər aparıcısı Nigar Mahmudova uzun fasilədən sonra yenidən Azərbaycan efirində olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Xəzər TV-nin rəhbəri, Xalq artisti Murad Dadaşov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, N.Mahmudova “Xəzər Xəbər”də aparıcılıq edəcək:

“Artıq bir müddətdir bizimlə birgə olan Nigar Mahmudova bu gündən xəbər spikeri kimi efirimizdə olacaq. İnkişaf xəttini özü üçün prioritet seçən “Xəzər Media Mərkəzi” qarşınıza daima yeniliklərlə gələcək. Nigar Mahmudovanı aramızda görməkdən çox məmnunuq və bərabər çıxdığımız yolda Azərbaycan adına daim uğurlu işlərə imza atacağımıza inanırıq!”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR