İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taliblər” şahzadə Harrini mühakimə etməyə çağırıb

Britaniya şahzadəsi Harrinin Əfqanıstanda xidmət edərkən törətdiyi qətllərlə bağlı açıqlamalarına məhkəmədə baxılmalıdır, çünki söhbət insanlığa qarşı cinayətdən gedir.

“Report” xəbər verir ki, bunu cümə günü Əfqanıstanda hakim “Taliban” hərəkatının yüksək vəzifəli nümayəndəsi Süheyl Şahin deyib.

"Onlar (ölülər) öz ölkələri üçün azadlıq döyüşçüləri idilər, siz isə işğalçılar idiniz", - Şahin Britaniyanın “Sky News” telekanalına müsahibəsində deyib. "Onlar xalq qəhrəmanları idilər, siz isə onların düşməni".

Onun fikrincə, şahzadə Harri insanlığa qarşı cinayətlərə baxan məhkəmə qarşısında cavab verməlidir.

Bundan əvvəl Britaniya mətbuatında Şahzadənin “Spare” adlı avtobioqrafiyasından yanvarın 10-da satışa çıxarılacaq hissələr dərc olunub. Şahzadə Harri bu kitabda xüsusilə “Apaçi” helikopterini idarə etdiyi Əfqanıstanda “Taliban”ın 25 döyüşçüsü öldürdüyünü bildirib. "Mənim üçün bu (öldürülənlər-red) rəqəm 25-dir. Bu rəqəm məni qürurlandırmır, amma narahat da etmir", - o yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR