İnsanlara hürriyət, millətlərə istiqlal!

Talibandan SON DƏQİQƏ açıqlaması: Ötən ay Bakıda...

Talibanın Milli Ekologiya İdarəsinin rəisi Mətiul Həqq Xalis Kabildə keçirdiyi mətbuat konfransında bildirib ki, Bakıda keçirilən COP29 Konfransında Əfqanıstanın hazırkı ekoloji vəziyyəti dünyaya təqdim edilib.

Musavat.com xəbər verir ki, bu barədə IRAF saytı məlumat yayıb.

Mətiul Həqq Xalisin sözlərinə görə, Əfqanıstandan olan nümayəndə heyətinin bu beynəlxalq tədbirdə iştirakı Taliban hökuməti üçün böyük əhəmiyyət daşıyır.

“Konfransda iştirakımız ölkəmizin iqlim dəyişikliyinə görə ən həssas bölgələrdən biri kimi tanınmasına şərait yaratdı. Bu, beynəlxalq ictimaiyyətin diqqətini Əfqanıstanın ekoloji problemlərinə yönəltmək baxımından mühüm addım idi,” – deyə Xalis bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR