İnsanlara hürriyət, millətlərə istiqlal!

“Taliban” və Meksika narkotik kartelləri birgə təlim keçirlər - SENSASİON İDDİA

Əfqanıstanda fəal şəkildə müzakirə olunan məlumata görə, Meksika narkotik kartelləri Əfqanıstanda “əl-Qaidə” döyüşçülərinin hazırlanması üçün bir neçə təlim düşərgəsin qismən maliyyələşdiriblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yerli siyasətçilərin əldə etdiyi məlumata görə, bu düşərgələrdə təlim keçmiş yaraqlıların Meksika sərhədindən ABŞ ərazisinə keçirilməsinə Latın Amerikasında fəaliyyət göstərən cinayətkar qruplar da kömək edib.

Bildirilir ki, Meksikanın kriminal imperiyaları ilə Əfqanıstandakı cihadçı terror şəbəkələri arasında əlaqə narkotik ticarəti infrastrukturu üzərində qurulub. “Taliban” rejimi narkotik vasitələrin qanunsuz dövriyyəsində bu vasitəçilikdən öz payını almaqla yanaşı, bu beynəlxalq layihənin əsas səhmdarlarından biri kimi çıxış edir.

“Taliban” və narkotik kartelləri arasında əməkdaşlıq problemi təkcə amerikalıları narahat etmir. Transmilli cinayət şəbəkələri (narkotik kartellər) və cihadçı terror şəbəkələri arasında qarşılıqlı əlaqə qlobal təhlükəsizlik balansını dəyişə bilər. Ümumi maraqlara söykənən bu birlik göstərir ki, mütəşəkkil cinayətkarlıqla beynəlxalq terrorizm arasında sərhəd getdikcə bulanıqlaşır. Meksika kartellərinin cihadçı şəbəkələrlə əməkdaşlığı ABŞ xüsusi xidmət orqanlarını və onların müttəfiqlərini ciddi şəkildə narahat edir.

Onilliklər ərzində kartellər tərəfindən yaradılmış gizli qaçaqmalçılıq şəbəkələri “əl-Qaidə” yaraqlılarının ABŞ-a gizli şəkildə nüfuz etməsi üçün əlverişli marşrut yaradır. Bu, gələcək terror hücumlarının hazırlanmasını sadələşdirə bilər.

Bundan əlavə, geosiyasi nöqteyi-nəzərdən “Taliban”ın nəzarəti altında olan Əfqanıstan yenidən terror fəaliyyətinin və qlobal narkotik ticarətinin mərkəzinə çevrilir. Ölkəyə nəzarət edən hərəkat sadəcə ev sahibi rolunu oynamır, həm də beynəlxalq narkotik ticarətində birbaşa iştirak edən iqtisadi oyunçu kimi çıxış edir. Bu proses Əfqanıstanda və regionda qeyri-sabitliyi dəstəkləyir, həmçinin yerli və qlobal kontekstdə “Taliban”ın mövqeyini gücləndirir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR