Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda taksilərdə iyun ayının 1-dən minimal gedişhaqqının 4 manat 50 qəpik olacağı bildirilir.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan məlumat taksi şirkətlərində çalışan sürücülərə istinadən verilib.
Musavat.com xəbər verir ki, "Bolt" şirkətinin səlahiyyətli nümayəndəsi Bizim.Media-nın sorğusuna cavab olaraq məlumatın yalan olduğunu bildirib.
"Uber" taksi şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə sayta bildirilib ki, şirkətin baş ofisi bu məlumata şərh verməkdən imtina edib.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ