İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi xidmətindən kənarlaşdırılan sürücülərlə bağlı RƏSMİ TƏKLİF

"Son vaxtlar vətəndaşların sifariş etdikləri taksilərin sistemdə göstərilən nəqliyyat vasitəsi olmaması, köhnə və yararsız olması halları müşahidə edilir".

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Onun sözlərinə görə, 30-a yaxın bu cür fakt müəyyən edilib.

"Həmin şəxslərin taksi xidməti ilə bağlı icazələri ləğv edilib. Vətəndaşlara müraciət edərək bildirmək istəyirəm ki, belə halla qarşılaşanda həmin taksidən imtina etsinlər və "141" Çağrı Mərkəzinə məlumat versinlər".

Nazirlik rəsmisi taksi xidmətindən kənarlaşdırılan sürücülərə təkliflə müraciət edib. O əlavə edib ki, son zamanlar bir çox sürücü taksi fəaliyyətindən uzaqlaşdırılıb və onların məşğulluğu ilə bağlı suallar yaranır:

"Məşğul olmayan sürücülərin avtobusla sərnişindaşımalara cəlb olunması üçün hazırda geniş imkanlar var. Təkcə "BakuBus" şirkətinin hazırda 1 000-dən artıq "D" kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilərlər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR