İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi qiymətləri yenidən aşağı enə bilər? - AÇIQLAMA

"Taksilərdə gediş haqqının kəskin bahalaşmanın qarşısını almaq üçün müxtəlif addımlar atmaq olar".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, hazırda taksilərdəki qiymət artımını dayandırmaq çətin olacaq:

"Çünki avtomobillərlə bağlı qoyulan məhdudiyyətlər və taksi sürücülərin imtahan verməsi kimi amillər olduğunu nəzərə almaq lazımdır. Düşünürəm ki, hazırkı dönəmdə taksilərdə gediş haqqının kəskin artmasının qarşısını almaq çətindir. Amma taksilərin qeydiyyata alınma prosesi, icazə və lisenziyaların verilməsi yekunlaşandan sonra qiymət məsələsi yenidən gündəmə gələ bilər".

Ekspert qeyd edib ki, taksilərlə bağlı yeni qaydaların tətbiqi bir qədər vaxt aparacaq:

"Taksi xidmətinə yeni avtomobillərin cəlb edilməsi, sürücülərin qeydiyyatının aparılması görüləcək vacib işlər sırasındadır. Həmçinin, taksi kimi istifadə olunacaq nəqliyyat vasitələrinin say tərkibi də tam olaraq müəyyənləşdirilməlidir. Bütün bu proseslər paralel şəkildə aparılacaq. Kəmiyyət və keyfiyyətin özünü doğrultması üçün balans da pozulmamalıdır". 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR