İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA

“Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların tətbiq edilməsi Azərbaycana avtomobil idxalını artıracaq”.

Bunu “Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, bütövlükdə Azərbaycana avtomobil idxalının artması müşahidə olunur.

“2023-cü ildə Azərbaycana 95 mindən çox avtomobil idxal edilib, 2022-ci ildə isə bu rəqəm 74 mindən artıq idi. Hətta avtomobillərin ili ilə bağlı qadağaların tətbiq edilməsinə baxmayaraq, idxal artıb.

Bu qərardan sonra Azərbaycana idxal edilən avtomobillərin sayının artacağı və ili çox köhnə olan maşınların ucuzlaşacağı proqnozlaşdırılır. Bu, eyni zamanda, ili yeni olan və qiyməti 20 min manata qədər avtomobillərə tələb yaradacaq. Bu tələb idxalı stimullaşdıracaq və ona görə də taksilərlə bağlı yeni qaydaların avtomobil idxalına təsir edəcəyi gözlənilir”, - deyə deputat bildirib.

O qeyd edib ki, hazırda avtomobil bazarında bir durğunluq var və bu durğunluq idxala təsir göstərir.

“Amma taksi fəaliyyəti üçün nisbətən yeni avtomobillərin tələb edilməsinin idxala təsir edəcəyi istisna deyil. Ümumiyyətlə avtomobil bazarında durğunluğun davam edəcəyi gözlənilir. Gözlənti ondan ibarətdir ki, daha çox qiyməti nisbətən aşağı olan avtomobillərə 2024-cü ildə maraq yüksək olacaq, amma qiyməti yüksək olan avtomobillərlə bağlı bazarda növbəti ayda da durğunluğun davam edəcəyi gözlənilir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər“i təsdiqləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR