İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimlidən uşaqpulu, özəlləşdirmə çekləri, sahibkarlarla bağlı çağırış

Deputat Tahir Kərimli parlamentdəki müzakirələrdə bildirdi ki, dərmanların bahalaşması onu ciddi şəkildə narahat edir. Eyni zamanda sahibkarlığın inkişafına dəstək verilməsi zərurətindən də bəhs etdi: “Sahibkarlara qarşı təzyiqlərə son qoymaq lazımdır”. T.Kərimli uşaqpulu ilə bağlı addımın atılmasını da zəruri saydı, bildirdi ki, ayrı-ayrı sosial dəstək proqramlarının tətbiqindənsə, birdəfəlik uşaqpulu vermək effektli olar. Deputat özəlləşdirmə çekləri ilə bağlı da danışdı: “On minlərlə çek əllərdə qalıb”.

T.Kərimli qaz limitinin ləğvini zəruri saydı: “Xüsusilə ucqar kəndlərdə qaz limitinin ləğvi zəruridir”. Deputat seçicilərinin digər problemlərindən də danışdı. Bildirdi ki, hökumətin keçən il söz verdiyi Ağsu dolaylarından yolun çəkilməsi ilə bağlı işlər sürətləndirilməlidir. Seçicilərinin problemlərinin həllində deputat həmkarı Novruz Aslanın gördüyü işləri qiymətləndirərək ona təşəkkür edən T.Kərimli bildirdi ki, dövlət qurumlarının yardımı ilə həllivacib məsələlər var. Bu mənada Ağsu şəhərində içməli su, xəstəxanaların təmiri ilə bağlı problemlərin olmasını xüsusi vurğuladı.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR