İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli tarixi şəxsiyyətlərə heykəl qoyulmasını təklif etdi

Milli Məclisin iclasında çıxış edən deputat Tahir Kərimli hökumətə müraciətlə seçicilərinin bəzi probemlərini qaldırdı.

Eyni zamanda o, Azərbaycanda tarixi şəxsiyyətlərə heykəl qoyulması təklif etdi: “Azərbaycanda vətənpərvərliyi inkişaf etdirmək lazımdır. Şeyx İbrahimə, Hacı Çələbiyə, Cavanşirə heykəllər qoyulmalıdır. Qəbələ Albaniyanın paytaxtı olub və tarixi ərazi sayılır. Tarixi ərazilərə diqqət yetirilməlidir”.

Deputat Məlahət İbrahimqızı isə təmsil olunduğu dairədəki uşaq kitabxanasının darmadağın vəziyyətdə olduğunu, oradakı minlərlə qiymətli kitabın məhv olmaq təhlükəsilə üz-üzə qaldığını söylədi.

Hökumətə müraciət edən deputat bildirdi ki, əgər kitabxana binası tamamilə dağıdılacaqsa, heç olmasa oradakı kitablar normal ünvana köçürülsün.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR