İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli: “Əziz müxalifətçilər, eybi yox, məni söyün, amma ayılın!”

Deputat Tahir Kərimli Milli Məclisdəki çıxışında qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik gününün gəldiyini xatırlatdı. O bildirdi ki, bu dəfə ilk dəfədir Həmrəylik gününün gerçək ab-havasına köklənib, bu da ölkə prezidentinin bir müddət əvvəl səsləndirdiyi fikirlər, səsləndirdiyi tarixi mövqeyi ilə əlaqədardır.

T.Kərimli Prezidentin Cənubda yaşayan soydaşlarımızın vəziyyəti, o cümlədən ana dilində təhsillə bağlı mövqeyinə istinad etdi. “Bu gün dünya azərbaycanlılarının İlham Əliyevə böyük ehtiyacı var. Hələ bizim qarşımızda böyük vəzifələr var”-deyən T.Kərimli əlavə etdi ki, bizim böyük Azərbaycanın qurtuluşu Qarabağdan başlayır, artıq Qarabağ azaddır, amma Xankəndiyə qayıdış məsələsinin həlli üçün çalışmalıyıq.

Deputat Azərbaycan liderinin ətrafında birləşməyə çağırdı: “Bu gün inhisarçılığa qarşı mübarizəni kim bacara, xaricdəki qüvvələri kim neytrallaşdıra bilər? Son 200 ildə ilk dəfədir böyük tarix yazılıb. Əziz qardaşlar, əziz müxalifətçilər, eybi yox, məni söyün, amma ayılın! Xankəndi məsələsi həllini tapmalıdır. Dünya azərbaycanlıların lideri kimi İlham Əliyevin ətrafında birləşək!"

T.Kərimli Qərbin, ABŞ-ın Suriya, Liviya və digər ölkələrdə törətdiklərinə toxundu: “Hardadır Liviyanın 250 milyard pulu?”

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR