İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistanda Novruz bayramının keçirilməsi TƏXİRƏ SALINDI

Tacikistanın paytaxtı Düşənbədə Novruz bayramının keçirilməsi təxirə salınıb.

Musavat.com “Asia Plus”a istinadən xəbər verir ki, Düşənbə meriyası Novruz bayramını martın 21-dən 24-nə keçirmək qərarına gəlib.

Qeyd olunub ki, qərara səbəb martın 21 və 22-də respublika ərazisində müşahidə olunacaq əlverişsiz hava şəraiti olub.

Respublika Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, bu günlərdə paytaxtda hava şəraitinin dəyişkən olacağı, leysan xarakterli yağış yağacağı gözlənilir.

Bildirilib ki, martın 24-də günortadan sonra Düşənbənin Müstəqillik meydanında teatrlaşdırılmış tamaşa və “Novruz karnavalı” keçiriləcək.

Ramazan ayına görə bütün mədəni tədbirlər əsasən axşam saatlarında keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR