İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq

"Bir neçə gün sonra artıq Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq".

APA xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Şuşadakı həyatı, yaşayışı bərpa etmək üçün işlər sürətlə davam etdirilməkdədir: "Artıq Şuşada xəstəxana və orta məktəbin də inşası prosesi sürətlənməkdə və şəhərin həyat rejimi bərpa olunmaqdadır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR