İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa və Andonq arasında anlaşma memorandumu imzalanıb - Fotolar

Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb.

Musavat.com-un xəbərinə görə, memorandumu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Cənubi Koreyanın turizm və mədəniyyət mərkəzlərindən biri sayılan Andonq şəhərinin meri Kvon Qi-Şanq imzalayıblar.

Sənədə əsasən, iki dost şəhərlər mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin birgə fəaliyyət sahələrini genişləndirmək niyyətindədirlər. Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə, təcrübə və məlumat mübadiləsi, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR