İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı diplomat BMT-də mühüm vəzifəyə təyin edildi

BMT Baş katibi Antonio Quterreş azərbaycanlı diplomat Elməddin Mehdiyevi BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (UNCERF) Məşvərət Qrupuna üzv təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə diplomat “X”də paylaşım edib.

Diplomat yazıb:

“BMT-nin baş katibi tərəfindən BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupunda xidmət etmək üçün təyin olunmaq mənim üçün böyük şərəfdir.

Azərbaycan hökumətinin namizədliyimə göstərdiyi etimad və dəstəyə, eləcə də ölkəmizi bu mühüm platformada təmsil etmək üçün baş katib Antonio Quterreşin bu təyinatına görə dərin minnətdarlığımı bildirirəm.

CERF-in dünyanın müxtəlif bölgələrində vaxtında və səmərəli humanitar yardımın göstərilməsini təmin edən mühüm missiyasına töhfə vermək niyyətindəyəm”.

Qeyd edək ki, Elməddin Mehdiyev XİN-nin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəridir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR