Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda stomatoloji xidmət sahəsində istehlakçı hüquqlarının pozulması halları yenidən gündəmə gəlib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov tərəfindən ictimailəşdirilən şikayət məktubuna görə, bir vətəndaş 2021-ci ildən P.P. Dental klinikasında ortodontik və digər stomatoloji müalicələrə başlamış, lakin 4 ilə yaxın davam edən prosesdə ciddi tibbi və maliyyə problemləri ilə üzləşib.
"Mənim stomotoloji xidmət sahəsində istehlakçı hüququm pozulub! Belə ki,2021-ci Ildən P. P. Dental klinikasına ayaq döyürəm. Bu klinikaya ortodontik, TMJ müalicəmi başqa klinikada bitirib, razı qaldığım konstruksiya ilə gəlmişəm, itirilmiş toxumaların cərrahi bərpasını həkim X.T-dən xahiş etmişəm. Həkim problemin həll olunacağına məni əmin edib. Müxtəlif əməliyyatlar, prosedurlar edib, Ortodontik qaydada yığılmış konstruksiya sökülüb, dişlərin hamısı yonulub müvəqqəti qapaqlar yerləşdirilib. Bu işlər 4 ilə yaxın davam edib. O vaxtdan çeynəmə, danışmaq işgəncəyə çevrilib, oynaqlarımda, üzümdə, başımda, boynumda müxtəlif ağrılar, dartınmalar əmələ gəlib. 4 ildir ki, korreksya adı ilə məni aparıb gətirir və hər dəfə daha da pis olur", bu sözlər Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun ictimailəşdirdiyi şikayət məktubunda yer alıb.
Musavat.com xəbər verir ki, həmin məktubda şikayət müəllifi qeyd edir ki, həkim müxtəlif adlar, prosedurlar adı ilə ondan 23 min 690 manat alıb: "Yeri gelmişkən, klinikada post-terminal təqdim olunmadığı üçün onların tələbi ilə ödəmələr nəğd tələb olunur və bu pulları nəğd olaraq həkimin göstərişı ilə resepşna və şəxsi assistentınə verdim.Verilən pulların müqabilində mənə heç bir rəsmi maliyyə sənədi verilməmişdir.Problemlər üzə çıxanda tələb etdim ki, mənə rəsmi maliyyə sənədi verilsin və bu sənədlər,mənə yalnız 21.12.2023-cü il və 22.04.2024-cü il tarixlərdə verildi.Bu sənədlər saxtadir, rəsmi maliyyə sənədləri deyil!
Vəziyyətim daha da pisləşib. Ən dəhşətlisi isə odur ki, mənim mualicə aıdığım həkim isə həkim etikası baxımından,”başqa həkimin başı üzərindən” özünün dediyine görə iş görə bilmir. Hərdən gəlib baxsa da, sonucda korreksyanı dr X gördüyü üçün heç nə dəyişmir, vəziyyət get-gedə daha da pisləşir. Dr X dəfələrlə imtina etdiyimi desəm də, yazsam da, məni öz əvvəlki həkimimə qaytarmaqi, TMJ həkiminə və ortopedə həvalə etməyi və əvvəlki konstruksiyanı bərpa etməyi, xahiş etsəm də bu heç bir nəticə vermeyib ve adam başa düşməyib və deyib ki, “özüm edəcəm”. Dr X isə nə Ortodontdur, nə Ortopeddir, nə TMJ həkimi ( o Paradontoloq-implantoloq kimi ixtisaslaşıb) nə də Qnotoloqdur, amma özünü bu ixtisas mütəxəssisi kimi pasiyentə qələmə verır. Hər dəfə eyni situasiya məndə xroniki stress, onda mənə qarşı pataloji nifrət yaratdığı üçün mənə bir neçə dəfə “sizin pulu qaytarırıq” desə də, o qədər pulun qaytarılması və deyilən sözlər mənə inandırıcı görünməyib. Ona görə də mualicəni aidiyyatı uzrə mütəxəssisə həvalə etməyi təkidlə və dəfələrlə xahiş etmişəm. Nəhayət bezib razı olsam da, 19.07.2025 tarixdə klinikaya gələndə 2 saat resepşnda gözləməli oldum. Ondan sonra X.T yuxarı mərtəbədə yerləşən otagına dəvət olundum. 2 saat ağır debatdan, hədə -qorxudan, müxtəlif manipulyasiyalardan sonra mənə 15 min qaytardı. 4 saatlıq işgəncədən sonra nəhayət yerdə qalan vəsaiti sonra göturmək ümidi ilə çıxıb getdim".
Şikayətçi həkimin ona 23 min 690 evezine, 20 min vəsait verdiyimi boynuma qoymaga çalışdığını qeyd edib: "Xoşbəxtlikdən, bank və müəyyən hesabatlar üçün klinikadan qaimə-invoice göturmüşdüm, yoxsa 3 min 690 da burdan itirəcəkdim. ( Bütün pasiyentlərə qaimə, kassa çeki ğötürməyi şiddətlə tövsiyyə edirəm!) Klinikada onsuz da kassa çeki təqdim olunmur. Və mənə də kassa çeki təqdim olunmayıb. 01.08.2025 tarixdə yenidən klinikaya, qaytarılmayan 8 min 690 manat götürməyə getdim. Uzun danışıqdan sonra sabah qaytaracağına söz verdi. Klinikaya gələndə isə 2 min 650 manat verib yenə də məni aldatdı. 6 min 40 manatı cərrahi xərclər üçün göturdüyünü dedi. Mənə verdiyi qaimədə 5 min manat göstərilir. Yanlış qapaqlar və konstruksiya ilə uzun müddət gəzdirdiyim ücün toxuma itkisi və digər problemlər əmələ gəlib.
X.T məni müşkül durumdan çıxarmaq əvəzinə, mütəmadi psixoloji basqı edir. Mənı “problemli adam kımı təsvir edir, 10 il öncə ağız boşluğuna düşən infeksiya ilə bağlı baş verən insidenti durmadan yada salır və psixoloji şıddət və manipulyasiya edir.
Hazirda müxtəlif həkimlərə, müayinələrə, aidiyyatlı orqanlara ayaq döyürəm və müayinələr və mənə qoyulan diqnozlar, ağrilardan və bu adamın əməllərindən əzab çəkirəm. Mənəvi, fiziki, maddi tükənmişəm, rəsmən bu adamın və klinikanın girovuna cevrilmişəm.
Digər klinikalar məndə Okklüziya, artikulyasiya, problemləri, müvəqqəti qapaqlarda problem, diksiyada, çənə oynağında disfunksiya, dişləm funksiasızlığı və digər problemlərin olduğunu bildirmiş və konsultasiyaların nəticəsi kimi çox çətinliklə tələb edib aldığım götürdüyüm arayışlarda qeyd etmişlər.X.T.manipulyasiyaya meylli olduğunu, müxtəlif psixoloji spekulyasiyalardan durmadan istifafə etməsini bildiyim uçün, özümün və eyni zamanda digər klinikaların, həkimlərin təhlükəsizliyi üçün Sizə təqdim etdiyim əlavə sənədlərdə olan şəxsi detalların, adların, kontaktları konfidensial hala salmağa məcbur qalmışam. Əks halda başqa problemlər də qazana bilərəm.
Xahiş edirəm, yerdə qalan maddi vəsaitin 6 min 40 manatı geri qaytarılmasında, tibbi zərər çəkmiş istehlakçı kimi bu ərizəni Səhiyyə Nazirliyinə, Vergilər nazirliyinə, Antiinhisar qurumuna və ekspertizaya yönləndirilməsində və mənim istehlakçı hüqüqlarımın qorunmasında mənə kömək edəsiniz. Bu haqda aidiyyatlı dövlət qurumlarına və KİV-ə məlumat verəsiniz ki, digər pasiyent istehlakçılar da mənim vəziyyətimə düşməsinlər, aldanmasınlar".
Qarşı tərəfi də dinləməyə hazırıq.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ