İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərə ŞAD XƏBƏR: Noyabrın 1-dən... - VİDEO

Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobillərin icbari sığortası ilə bağlı yeniliyi təsdiqləyib.

Musavat.com "Xəzər Tv"yə istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qayda"nı imzalayıb.

Yeni qaydaya görə, bu il noyabr ayının 1-dən etibarən icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəf deyil, sığortalandığı şirkət qarşılayacaq.

Daha sonra sığorta ödənişini həyata keçirən şirkət zərər vuran avtomobil sahibinin sığortaçısından ödənişi tələb edəcək. Başqa sözlə, avtomobilə dəyən ziyan avtomobil sahibinin öz sığorta şirkəti tərəfindən qarşılanacaq. Sonrakı proses sığorta şirkətləri arasında tənzimlənəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR