İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücü sədrin təhqirlərinə dözmədiyi üçün özünü öldürdü - Azərbaycanda ŞOK

1 ay əvvəl sirkə turşusu içərək intihara cəhd edən Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin sürücüsü Elman Abdullayev vəfat edib.

Musavat.com xəbər verir ki, bu haqda "qafqazinfo” məlumat yayıb. E.Abdullayev bu gün səhər saatlarında Bakı şəhərindəki müalicə aldığı xətəxanada dünyasını dəyişib.

Qeyd edək ki, avqustun 13-də E.Abdullayevin intihara cəhd etməsi barədə Musavat.com-a daxil olan məlumatda deyilirdi ki, YAP sədri Seyfəddin Əliyev də, onun intihara cəhd edən sürücüsü də Masallının Çaxırlı kəndindəndir. Yerli sakinlərin sözlərinə görə, son vaxtlar onların münasibətlərində ciddi gərginlik olub. Seyfəddin Əliyev sürücüsünü ağır söyüşlərlə təhqir edirmiş. Elə intihar hadisəsi də Seyfəddin Əliyevin sürücüsünü növbəti dəfə təhqir edərək işdən qovacağı ilə hədələməsindən sonra baş verib.

Masallı YAP şöbəsinin mühasibi Cəlal Əliyev mətbuata açıqlamasında deyib ki, evli olan sürücünün bəzi xəstəliklərlə bağlı problemləri var. Yerli sakinlərsə deyir ki, bu məlumat həqiqəti əks etdirmir. Sürücü intihara sədrlə növbəti mübahisədən sonra əl atıb.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR