İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyanın müvəqqəti hökumətinin rəhbəri o olacaq, amma...

Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Fransanın məşhur "Le Figaro" qəzeti məlumat yayıb.

Musavat.com bildirir ki, bu mövzuda ziddiyyətli xəbərlər gəlməkdədir.

Məlumata görə, Suriya müxalifətinin tanınmış liderlərindən və Heyet Təhrir əş-Şamın (HTŞ) başçısı Əbu Məhəmməd Colani, keçid hökumətinin yeni baş naziri kimi Məhəmməd Əl-Beşirin təyin edildiyini elan edib.

Al Jazeera-nin verdiyi xəbərə görə, bu qərar Suriya devrilmiş rejiminin keçmiş baş naziri Məhəmməd Qazi Əl-Cəlali ilə keçirilən görüşdən sonra qəbul olunub. İclasda Suriya müxalifətinin gələcək siyasi idarəçiliyinin əsas konturları müəyyən edilib. Colani açıqlamasında bildirib ki, İdlibi idarə edən Əl-Beşir, keçid hökumətinin başçısı olaraq müxalifətin yeni siyasi dövründə mərkəzi rol oynayacaq.

a936ee48-de2f-4edc-a726-70f1be97e341.jpeg (18 KB)

Məhəmməd Əl-Beşir

Məhəmməd Əl-Beşir, uzun illər İdlib bölgəsinin idarəçiliyində mühüm rol oynayıb və keçid hökumətinin baş naziri kimi Suriya müxalifətinin güclənməsi və beynəlxalq səhnədə daha böyük nüfuz qazanmasına yönəlmiş fəaliyyətlərə rəhbərlik edəcək.

Colani əlavə edib ki, keçid hökuməti Suriya xalqının rifahını təmin etməyə və ölkədə sabitliyi bərpa etməyə çalışacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR