İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyadakı Türkiyə qoşunu döyüşə hazır vəziyyətdədir, İsrail isə...

Suriyada məlum hadisələrdən sonra Türkiyə kifayət qədər güclü qoşununu Suriyada yerləşdirdi. Qoşunlar xüsusilə, türkmənlərin daha çox yaşadığı mövqedə yerləşdirilib. Türkiyə bu addımı kürd qruplarının mümkün təxribatları ilə əlaqələndirdi.

Bu fikirləri Musavat.com-a hərbi jurnalist Səxavət Məmməd deyib.

1558961219_sexavet-memmed.jpg (41 KB)

O bildirib ki, son günlər Suriyadan gələn məlumatlar PKK/YPG/SDG-nin ciddi hazırlıq içində olduğuna işarə edir: “Kürdlərin müəyyən istiqamətlərdə təxribatlar törətdiyi bildirilir. Buna görə də Hakan Fidan rəsmi bəyanat verdi ki, türkmənlərə, hətta indi hakimiyyətə qarşı addımlar atılarsa, cavab tədbirləri görüləcək. Türkiyənin cavab tədbirləri üçün kifayət qədər qüvvəsi var.

Proseslər baş verən zaman Türkiyə əraziyə çoxsaylı qoşun yeritdi. Bu həm təhlükəsizlik, həm də gələcəkdə baş verə biləcək problemlərlə bağlı idi. Şam, Hələb, Hüms, Lazkiyə, Həma, Rakka, İdlib, Dərrada Türkiyə ordusu yerləşdirilib, hətta döyüşə hazır vəziyyətə gətirilib. Kürdlər hər hansı əməliyyata cəhd etsələr, bu onlara ciddi problemlər yaradacaq. Çünki türklər o istiqamətləri vermək istəməyəcəklər. Hətta bu yaxınlarda proses Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, türkmənlərin yaşadığı 6 bölgə beynəlxalq hüquqa görə indiki Türkiyənin tərkibinə verilə bilər. Türkiyə bildirir ki, bunu tələb edə bilər, lakin Suriyanın bütövlüyünü istəyir. Türkiyə Suriyanın parçalanacağı təqdirdə türkmənlərin yaşadığı ərazilərin öz tərkibinə qatılmasını yaxud proksi dövlət qurmağı nəzərdən keçirir”.

S.Məmməd qeyd edib ki, kürdlərə ona görə dəstək verilir ki, Suriya bu problemi həll etsin: “İsrail kürdlər məsələsini ona görə ortaya atıb ki, Suriya parçalanarsa, ərazisi genişlənə bilər. İsrailin Qolan təpələri və ətrafdakı məntəqələrin hamısına iddialıdır. Çünki bu ərazidə çox böyük su ehtiyatları var. Məlum olduğu kimi, İsrailin ən böyük problemlərindən biri su ilə bağlıdır. Suriyadakı proseslər səngimiş kimi görünsə də, qətiyyən belə deyil. Proses yenidən alovlanacaq”.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri terror qruplaşmaları silahlarını yerə qoymadığı halda Suriyanın ərazi bütövlüyünə hörmət edərək sərhədyanı əməliyyatları davam etdirmək əzmindədir.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, Türkiyə Silahlı Qüvvələri Tişrin bəndi kimi strateji infrastrukturlardan istifadə edərək PKK/YPG/SDG terror təşkilatlarının bölgədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaqda da qərarlıdır.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR