Onlayn ictimai-siyasi qəzet
Suriyada müxalifət "Heyyət Tahrir əş Şam" və xaricdən dəstəklənən silahlı qruplaşmalar Xan əl-Asəli qəsəbəsini ələ keçirərək Hələb şəhərinə daxil olublar.
Musavat.com xəbər verir ki, müxalif qüvvələr Hələb-Dəməşq M5 yolunu da kəsərək, Əz-Zərbah rayonunu ələ keçiriblər.
Bu magistral Dəməşq, Homs, Həma və Hələb də daxil olmaqla böyük şəhərləri birləşdirir.
Silahlı qruplaşmalar 32-dən çox kənd və məntəqəni ələ keçirib. Nəticədə 10 minə yaxın mülki şəxs İdlib çölünə sığınıb.
Hələbin mərkəzinə doğru şiddətlənən qarşıdurmalar davam edir.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ