Onlayn ictimai-siyasi qəzet
Suriya prezidenti Əhməd əl-Şaraa ölkənin Milli Təhlükəsizlik Şurasının yaradılması haqqında fərman imzalayıb.
Musavat.com xəbər verir ki, məlumatı SANA agentliyi yayıb.
Fərmana əsasən Milli Təhlükəsizlik Şurası Suriya Prezidentinin sədrliyi ilə yaradılır: “Onun məqsədi təhlükəsizlik və siyasi məsələləri koordinasiya etmək və idarə etməkdir.
Şuraya xarici işlər, müdafiə, daxili işlər nazirləri və ölkənin kəşfiyyat idarəsinin rəhbəri daxil olacaq. Bundan əlavə, şuranın iki məsləhətçi üzvü və Şaraa tərəfindən təyin edilmiş texniki ekspert olacaq: “Milli təhlükəsizlik və dövlətin qarşısında duran çağırışlarla bağlı qərarlar onun üzvləri ilə məsləhətləşmələr əsasında qəbul ediləcək”.
Şuranın iclasları vaxtaşırı və ya prezidentin qərarı ilə keçiriləcək.
Musavat.com
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ