Onlayn ictimai-siyasi qəzet
Suriya və İraqın hakimiyyət orqanları iki ölkə arasında Əl-Tənf-əl-Valid sərhəd-keçid məntəqəsini idarə etmək üçün işlək mexanizm yaratmaq barədə razılığa gəliblər.
Musavat.com xəbər verir ki, məlumatı Suriyanın SANA agentliyi yayıb.
Bildirilir ki, məsələ İraq kəşfiyyatının rəhbəri Həmid əl-Şatrinin başçılıq etdiyi nümayəndə heyətinin Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə aprelin 25-də Dəməşqdəki Qəsr əş-Şaab sarayında baş tutan görüşündə müzakirə olunub.
Suriya ərazisindəki sərhəd-keçid məntəqəsi “Et-Tanf”, İraq ərazisində isə “Əl-Valid” adlanır. Bu ərazi silahlı yaraqlılar üçün qaynar nöqtədir.
SANA-nın məlumatına görə, əl-Şaraa İraq nümayəndə heyəti ilə söhbəti zamanı “regionda təhlükəsizlik və sabitliyə nail olmaq üçün birgə əməkdaşlığın vacibliyini” vurğulayıb.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ