Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ağ Evin brifinq otağının damına çıxıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, damda gəzişərək, zarafatla deyib ki, ərazidə raket və ya nüvə raketləri yerləşdirmək üçün yer axtarır.
Dövlət başçısı Vaşinqtondakı iqamətgahının ərazisində tikinti işlərinin gedişi ilə tanış olub. Amerika lideri təhlükəsizlik və köməkçilərin müşayiəti ilə damda təxminən 20 dəqiqə vaxt keçirib. O, jurnalistlərin bir-iki sualını cavablandırıb. ABŞ administrasiyası rəhbərinin mətbuat xidmətinin məlumatına görə, Tramp damdan Ağ Evin bal zalının tikintisi planlaşdırılan ərazini yoxlayırmış. Təxminən 200 milyon dollara başa gələn bu obyektin tikilməsi planları ötən həftə rəsmən açıqlandı. Ağ Evin Qızılgül bağında tikinti işləri bu yaxınlarda başa çatıb. Çiçək tarlaları arasındakı sahə kafellə döşənib.
Musavat.com
08 Avqust 2025
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ