Onlayn ictimai-siyasi qəzet
Fransada Amerikanın Patriot sisteminin potensial rəqibi olan təkmilləşdirilmiş Aster Block 1 NT zenit raketin ikinci uğurlu sınağı keçirilib. Musavat.com xəbər verir ki, məlumatı “Defence24” yayıb. Bildirilir ki, sınaq Fransanın Biscarrosse poliqonunda keçirilib.
Sınaq zamanı mütəxəssislər sistem başlığının və elektron komponentlərinin işini yoxlayıblar. Raket 25 kilometrdən çox hündürlükdə 150 kilometr məsafədəki hədəfi müvəffəqiyyətlə müəyyən edib və yaxalayıb: "Kütləvi informasiya vasitələrinin məlumatına görə, sınaqlar sistemin effektivliyini təsdiqləyib. Buraxılış normal rejimdə həyata keçirilib".
Bu artıq Aster Block 1 NT-nin ikinci sınağıdır.
Qeyd edək ki, mart ayında Avropa Komissiyası “Avropanın yenidən silahlanması” adlı yeni müdafiə strategiyasını təqdim edib. Daha sonra bir sıra Aİ ölkələrinin etirazlarına görə sənədin adı daha az aqressiv olan — “Hazırlıq 2030”a dəyişdirilib. Strategiya dörd il ərzində təxminən 800 milyard avro cəlb etməyi nəzərdə tutur. Vəsaitin böyük hissəsinin Avropa dövlətlərinin büdcələrindən (təxminən 650 milyard avro) alınması təklif edilir, daha 150 milyard avronun kredit şəklində istifadə olunması planlaşdırılır. Eyni zamanda, Avropa Komissiyası Aİ ölkələri üçün büdcə güzəştləri vermək, habelə regional inkişaf üçün nəzərdə tutulan vəsaitləri hərbi xərclərə yönəltmək niyyətindədir. Bundan əlavə, “Hazırlıq 2030” Aİ ölkələrinin müdafiə xərclərini ÜDM-in 1,5 faizi qədər artırmağı təklif edir.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ