İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya: Salamiyyə şəhəri döyüşsüz müxalifətə təslim oldu - Əsəd bitir

Suriya müxalifəti ilə yerli icmalar arasında əldə edilən razılığa əsasən, Salamiyyə şəhəri heç bir döyüş baş vermədən “Hayat Təhrir əş-Şam” qruplaşmasının nəzarətinə keçib.

Hərbi mənbələr bildirir ki, Salamiyyə şəhərindəki ismaili şiə icmasının liderləri ilə müxalifət arasında razılıq əldə edilib. Razılaşmaya əsas səbəb şəhərin dini əhəmiyyətli bir məkan olması və orada müqəddəs relikviyaların yerləşməsidir. Həmçinin, tərəflər arasında sülhün qorunmasının şəhər üçün əhəmiyyətli olduğu vurğulanıb.

Bu, Suriya münaqişəsi tarixində nadir hallardan biri hesab olunur, çünki bu cür razılaşmalar adətən qızğın döyüşlər nəticəsində əldə edilir.

Musavat.com olaraq hadisənin detallarını izləyirik və əlavə məlumatları çatdıracağıq.

3d31db49-51b4-4c58-8f56-4313d1c15242.jpeg (30 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR