Onlayn ictimai-siyasi qəzet
Suriyanın yeni lideri Əhməd əl-Şaraa Əl Ərəbiyyə telekanalına müsahibəsində İranı regional “müdaxilə” siyasətinə yenidən baxmağa çağırıb. Musavat.com xəbər verir ki, Suriya lideri İrandan gözlədikləri müsbət jestləri görmürlər.
Onun sözlərinə görə, “müxalifət qüvvələri Əsədin devrilməsinə səbəb olan hücum zamanı İranın Suriyadakı mövqelərinə toxunmayıblar”.
Əl-Şaraa bildirib ki, İran Əsədin əsas dəstəkçilərindən biri olmasına baxmayaraq, müxalifət döyüşçüləri bu yanaşmanı seçiblər: "Bu hərəkətlərə cavab olaraq Tehrandan müsbət jestlər gözləyirdim, lakin belə jestlər gəlmədi".
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ