Onlayn ictimai-siyasi qəzet
Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri başa çatıb.
Musavat.com bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, bu gündən qatarlara bu stansiyada dayanacaq verilməsi bərpa edilib.
Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və yaxud 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ