İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İcəsənət məktəbində Bülbülə qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirib.

Görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

RİH başçısı Adil Əliyev Prezident cənab İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. O, bildirib ki, səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.

Görüş zamanı sakinlərin müraciətlərini dinləyən Adil Əliyev qaldırılan məsələlərin həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq göstərişlər vermiş və məsələlərin nəzarətdə saxlanılmasını tapşırmışdır.

Vətəndaşların müraciətləri əsasən məhəllədaxili yolların asfaltlanması, bəzi yerlərdə kanalizasiya xəttindəki nasazlığın aradan qaldırılması, küçələrin işıqlandırılması, işlə təmin olunma və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.

Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR