İnsanlara hürriyət, millətlərə istiqlal!

“Super Variant” ştamı ABŞ-ın bəzi bölgələrində sürətlə yayılır

Koronavirusun mutasiyaya uğramış yeni forması Omikron XBB.1.5 ştamı qış tətilindən sonra ABŞ-ın bəzi bölgələrində sürətlə yayılır.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzin (CDC)məlumatına görə, ölkədə bir həftə ərzində koronavirusa yoluxanların 40,5%-də XBB.1.5 aşkarlanıb. Lakin Yeni ilə iki həftə qalmış bu rəqəm 10%-ə yaxın olub.

Xüsusilə ABŞ-ın şimal-şərqində “Super Variant” ştamına daha çox yoluxma müşahidə olunur. Belə ki, hər dörd yoluxanın üçündə yeni ştam çıxır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove isə bəyan etmişdi ki, təmsil etdiyi təşkilat yeni ştama yoluxanların sayının sürətlə artmasından narahatdır: “Xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR