İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellektdən belə istifadə xalqa böyük zərər vura bilər – Tanınmışlar həyəcan təbili çaldılar

Maliyyəçi-alim, professor Saleh Məmmədov Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciət edib.

Musavat.com xəbər verir ki, müraciətdə süni intellekt vasitəsilə Prezident İlham Əliyevin adından insanları aldadan video-müraciətin yayılmasının qarşısının alınmasını xahiş edib.

“Müraciət”də guya qiymətli kağızlar və kriptovalyuta bazarlarında insanlara külli miqdarda qazanc əldə etmək üçün xüsusi proqramın yaradıldığı bildirilir, ilkin olaraq 425 manat ödəyən hər kəsin ilk aydan 8500 manat gəlir əldə edəcəyi vəd olunur.

Professor belə halların qarşısının alınmasına çağırır: “Klassik şəraitdə ölkənin təhlükəsizliyi necə qorunursa, süni intellekt və virtual şəraitdə də hipertəhlükəsizlik eyni qaydada qorunmalıdır. Sərhədlər, valyuta sistemi, maliyyə axını, valyuta hərəkəti, mətbuat ciddi proqramlar, vasitələr, alqoritmlər, süni intellekt ordusu tərəfindən yüksək səviyyədə təşkil olunmalıdır. İnternet efirini saxta məlumatlardan qoruyan ciddi data science proqramları var. Bir neçə ildir ki, Prezidentin, baş nazirin, SOCAR rəhbərliyinin adından belə saxta reklamlar virtual efiri bürüyüb. Bu çox təhlükəlidir. Belə reklamların saxta olduğunu hamı bilmir, inananların sayı qat-qat çoxdur. İnsanlar belə reklamlara aldanıb pul yatıra bilərlər, nəticə çox pis ola bilər”.

Daha bir tanınmış şəxs Fərid Pərdəşünas da eyni məsələ ilə bağlı narahatlığını bildirib. O, Facebook – Metada yayılan videomüraciətlə bağlı Meta şirkətinə xəbərdarlıq göndərdiyini, oradan “hər şey qaydasındadır” cavabı gəldiyini, lakin heç bir addım atılmadığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR