İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli zədələndi - meydana çıxa bilməyəcək

Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli zədələnib.

Musavat.com AZƏRTAC-a istinadən bildirir ki, 28 yaşlı hücumçu bu səbəbdən komandasının 2-ci Bundesliqanın V turunda bu gün "Darmştadt"a qarşı keçirəcəyi oyunda meydana çıxa bilməyəcək. Onun adı görüşün iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə oyunları üçün Azərbaycan millisinin heyətinə cəlb olunub. Onun zədəsinə görə heyətdən çıxarılıb-çıxarılmayacağı hələ bilinmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR