İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda zirzəmi bataqlığa çevrildi - sakinlər nəfəs ala bilmir!

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda, bina 28-in sakinləri zirzəminin uzun müddətdir su ilə dolu qalmasından və bunun yaratdığı antisanitar şəraitdən narazılıq edirlər.

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, vəziyyət illərdir davam edir və bu müddət ərzində aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticə yoxdur:

"Zirzəmidə su qalmadıqca, qoxu evlərimizə qədər yayılır. Ağcaqanad, milçək əlindən nəfəs almaq olmur. İllərdir bu şəraitdə yaşayırıq, amma məsələ ilə maraqlanan yoxdur", - deyə onlar bildiriblər. 

Məsələ ilə bağlı Sumqayıt şəhər Su Kanal idarəsindəhn bildirildi ki, zirzəmidə yığılan su bir neçə gün ərzində tamamilə çəkiləcək. Yaxın günlərdə isə binaya daxil olan kanalizasiya xəttinin yenilənməsi nəzərdə tutulub. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR