İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda zəncirvari qəza - Yaralılar var

Sumqayıtda bir neçə avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin yaralanması ilə nəticələnib.

Şəhərin hadisə Niyazi küçəsində qeydə alınıb.

“PAZ” markalı avtobusla "Opel" və "Hyundai" markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Tağıyev Ruslan, sərnişin 1985-ci il təvəllüdlü Verdiyev Vüqar xəsarət alıblar.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR