Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda zəncirvari qəza baş verib.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius" əvvəlcə "Volvo" markalı minik avtomobilinə, sonra isə yolun kənarında dayanan daha 3 avtomobilə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ